• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“WhatsApp”dan “ev yıxan” funksiya - FOTO

MULTİMEDİA

28 Iyun 2022 | 18:26 | Müəllif: Subhan Mahmudov

“WhatsApp”dan “ev yıxan” funksiya - FOTO

Dünyanın ən məşhur mesajlaşma tətbiqlərindən biri olan “WhatsApp” yeni xüsusiyyətləri ilə istifadəçi təcrübəsini yaxşılaşdırmağa çalışır. Belə ki, silinən mesajları yenidən bərpa etmək mümkün olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Haber Global” xəbər verib.

Bildirilir ki, mesaj silindikdən sonra bununla bağlı xəbərdarlıqla yanaşı, “Geri qaytar” düyməsi də görünəcək.

Funksiyadan həm qrup mesajlarında, həm də fərdi mesajlarda istifadə etmək mümkündür.

O da qeyd olunur ki, “geri qaytar” düyməsi “Məndən sil” funksiyası ilə silinən ismarışları qaytarır, ancaq “Hər kəs üçün sil” funksiyası ilə silinmiş mesajlarda işləyib-işləməyəcəyi məlum deyil.

Hələ inkişaf mərhələsində olan yeni xüsusiyyətin hamı üçün nə vaxt əlçatan olacağı açıqlanmayıb.


“WhatsApp”dan “ev yıxan” funksiya - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026