Hazırda dünya üzrə 221,6 milyon izləyicisi olan “Netflix” onlayn striminq xidməti şirkəti cari ilin birinci rübündə 200 min abunəçisini itirdiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bununla da şirkətin səhmlərinin dəyəri 25,7% azalıb.
Şirkət ilin ikinci rübündə daha iki milyon izləyici itirəcəyini gözləyir. Halbuki “Netflix”in ilin bu ilk üç ayında abunəçilərinin sayının 2,5 milyon artacağı gözlənilirdi.
Abunəçilərin sayının kəskin azalmasına səbəb olaraq son illərdə axın bazarına daxil olmuş ənənəvi media şirkətlərinin rəqabəti kimi bir çox fərqli amil göstərilir. (qafqazinfo)
















