• Bakı 12° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

“Whatsapp”da 2 yeni funksiya

MULTİMEDİA

24 Aprel 2022 | 12:59 | Müəllif: Qalib İbrahimoğlu

“Whatsapp”da 2 yeni funksiya

“WhatsApp” növbəti yeniliklərini istifadəçilərin ixtiyarına verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Bildirilib ki, qrupda səsli zənglər zamanı eyni vaxtda 32-dək istifadəçi iştirak edə bilər. Bu funksiya hazırda iOS-un 22.8.80 versiyasında mümkündür. Yenilik tezliklə bütün istifadəçilər üçün də mövcud olacaq.

Bundan əlavə, audio zənglər zamanı ekrandakı interfeys də yenilənib. Bunun sayəsində istifadəçi kiminlə danışdığını rahat şəkildə müəyyən edəcək.

Qeyd edək ki, yenilənmədən əvvəl qrupda səsli zənglər zamanı eyni vaxtda 8 istifadəçi iştirak edə bilirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026