• Bakı 21° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

TikTok-da mini oyunlar oynamaq olacaq

Multİmedia

22 May 2022 | 07:34

TikTok-da mini oyunlar oynamaq olacaq

TikTok öz yeni funksiyalarının testinə start verib.

Bakıvaxtı.az xəbər verir ki, start verilmiş test müddəti ərzində Vyetnamdan olan istifadəçilər TikTok daxilində oyunlar oynaya biləcəklər.

Reuters-in məlumatına görə, işə salınacaq oyunlar vasitəsilə TikTok öz növbəsində reklamlardan olacaq gəlirlərini və istifadəçilərin servisdə keçirdikləri zamanı yüksəldəcək. Qeyd etmək lazımdır ki, TikTok artıq aylıq 1 milyard aktiv istifadəçi kütləsinə sahibdir. Vyetnam sosial şəbəkələrin yeni funksiyalarını test etmək üçün əla regiondur. Belə ki, Vyetnam əhalisinin 70%-nin yaşı 35-dən aşağıdır və üstəlik əhalinin böyük hissəsinin texniki savadlılıq səviyyəsi çox yüksəkdir. Buna görə də təkcə TikTok deyil, həmçinin Facebook və Youtube kimi servislər də öz yeni funksiyalarını Vyetnamda test edirlər.

TikTok təmsilçisi təsdiqləyib ki, onlar öz platformalarında HTML5 formatlı mini oyunların test edilməsinə başlayıblar. Bu cür imkan Zynga kimi məşhur studiyaların tərtibatçıları ilə birgə səy nəticəsində reallaşdırılıb. Lakin bəzi məlumatlara əsasən yaxın gələcəkdə TikTok daxilində həmçinin ByteDance (TikTok-un sahibi) şirkəti tərəfindən hazırlanacaq oyunlar da istifadəyə veriləcək. İlk mərhələlərdə istifadəçilər sadə mexanikaya sahib mini oyunlardan istifadə edə biləcəklər. Lakin buna baxmayaraq şirkətin bu məsələ ilə bağlı planları daha genişmiqyaslıdır. Məlumatda qeyd edilib ki, TikTok daxilində olacaq mini oyunlarda reklamlar reallaşdırılacaq və həmin reklamlardan əldə ediləcək gəlir TikTok ilə oyun tərtibatçıları arasında bölüşdürüləcək.


SON XƏBƏRLƏR

26 Aprel 2024