• Bakı 14° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Windows 11-ə kimi yenilənmə imkanı qlobal şəkildə istifadəyə verildi

Multİmedia

23 May 2022 | 03:49

Windows 11-ə kimi yenilənmə imkanı qlobal şəkildə istifadəyə verildi

Microsoft şirkəti Windows 11 yenilənməsinin qlobal şəkildə işə salındığını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, beləliklə bütün Windows 10 istifadəçiləri məlumatların itirilməsi halını yaşamadan və faylların ehtiyat versiyalarını yaratmadan öz cihazlarını Windows 11-ə kimi yeniləyə bilərlər. Təbii ki, onların kompüterləri Windows 11-in sistem tələblərini dəstəkləməlidirlər. Windows 11 yenilənməsinin qlobal şəkildə istifadəyə verilməsi dedikdə əməliyyat sisteminin yenilənmələr mərkəzi üzərindən yenilənməsi nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, sözügedən imkan daha öncə bütün Windows istifadəçiləri üçün aktiv deyildi.

İstifadəçilər öz növbələrində kompüterlərinin yeni əməliyyat sistemini dəstəkləyib-dəstəkləmədiklərini PC Health Check adlı pulsuz tətbiq vasitəsilə yoxlaya bilərlər. Windows 10-nun Windows 11-ə kimi yenilənmə prosesi barəsində təfərrüatları isə Microsoft tərəfindən təqdim edilmiş videodan tanış olmaq olar (technote.az). Microsoft-un verdiyi məlumata əsasən son 6 ay ərzində Windows 11-dən istifadə edən gamerlərin sayı 2 dəfə artaraq Steam-in aktiv istifadəçi kütləsinin 20%-ni təşkil edib.

Qeyd etmək lazımdır ki, yenilənmiş istifadəçi interfeysi ilə yanaşı Windows 11 həmçinin Android tətbiqlərin işə salınması imkanını, genişləndirilmiş Taskbar funksiyalarını və yenilənmələrin əldə olunması üzrə optimizasiya edilmiş sistemi əldə edib.


SON XƏBƏRLƏR

28 Mart 2024