• Bakı 26° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“WhatsApp” sosial şəbəkəyə çevriləcək

MULTİMEDİA

16 Aprel 2022 | 09:14 | Müəllif: Subhan Mahmudov

“WhatsApp” sosial şəbəkəyə çevriləcək

“WhatsApp” mesencerinin tərtibatçıları oxşar maraqları olan qrupları bir araya gətirərək icmalar yaratmaq barədə planlarını açıqlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, “WhatsApp” icması bir növ qruplar toplusu olacaq. İstifadəçilər icmalar yarada, icma adminləri isə icma daxilindəki qrupları idarə edə və bütün qruplara mesaj göndərə biləcəklər.

İcmalar çarpaz şifrələməni dəstəkləyəcək.

Tərtibatçılar icma qruplarında dezinformasiyanın yayılmasını azaltmaq üçün mesajların təkrar paylaşımını məhdudlaşdıracaqlar.

Yeni funksiya bu həftə ərzində az sayda istifadəçi üçün əlçatan olacaq. Sınaqlardan sonra “WhatsApp” icmaları geniş istifadəçi kütləsinin ixtiyarına veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026