• Bakı 22° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Azərbaycanda bir neçə böyük "Facebook" səhifələri silinib - SƏBƏB NƏDİR?

MULTİMEDİA

30 Mart 2022 | 14:51 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda bir neçə böyük "Facebook" səhifələri silinib - SƏBƏB NƏDİR?

"Facebook" son bir ayda Azərbaycanın xəbər saytlarının və vətənpərvərlik məzmununda olan səhifələrini bloklayıb.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən kibertəhlükəsizlik üzrə mütəxəsis Elman Mütəllim bildirib ki, "Facebook" əsasən initihar xəbərlərinə və vətənpərvərlik mövzusu ilə bağlı paylaşım edən səhifələri silib.

O bildirib ki, 2012-ci ildə verilən intihar xəbərinə görə səhifə silinib. Bu da yaxşı hal deyil. Belə hal Türkiyədə də baş vermişdi. Lakin orda məsələ üç gün ərzində öz həllini tapdı və səhifələr bərpa olundu.

"Biz bağlanan səhifələrlə bağlı "Facebook"la əlaqə yartsaq da, heç bir nəticə olmadı. Əsasəndə vətənpərvərlik səhifələrinin silinməsi "Facebook" da işləyən düşmənlərimiz tərəfindən məqsədli şəkildə silinə bilər. "Facebook" etdiyimiz müraciətlərə rəsmi cavab vermir. Buna misal olaraq bir neçə vətənpərvərlik səhifələrimizin eyni gündə bağlanmağını göstərmək olar.

Xəbər saytlarının səhifələrinə silinməzdən əvvəl bir neçə xəbərdarlıq gəlir. Həmin səhifələri əsasən intihar xəbərlərinə görə bloklayıblar. Ümumiyyətlə bu Azərbaycan səhifələrinə qarşı təxribatdır. Əvvəllər "Facebook"un rəsmi dəstək xəttinə (support) müraciət edəndə 10 gün ərzində bloklanan səhifələr bərpa olunurdu. Hazırda isə "Facebook"un rəsmi partnyor şirkətləri vasitəsiyə müraciətlər olunsa da, onlara da cavab verilmir", -deyə ekspert qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026