• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

"Utair"in servis proqramı "App Store"dan yoxa çıxdı

MULTİMEDİA

28 Aprel 2022 | 01:53 | Müəllif: Qalib İbrahimoğlu

"Utair"in servis proqramı "App Store"dan yoxa çıxdı

Utair proqramı Rusiya AppStore-dan silinib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd olunur ki, Rusiya aviaşirkətinin tətbiqi Rusiya App Store-un tətbiqlər mağazasından yoxa çıxıb. Daşıyıcı özü hələ ki, xidmətinin ləğvi ilə bağlı şərh verməyib.

Xatırladaq ki, aprelin əvvəlində başqa bir aviaşirkətin - Aeroflotun mobil tətbiqi App Store-dan silinib. Daşıyıcının nümayəndələrinin sözlərinə görə, artıq iOS və ya Android əməliyyat sistemli cihazlar və qadcetlərdə quraşdırılmış proqram stabil işləməyə davam edir.

Aprelin əvvəlində iOS platformasında Alfa-Bank tətbiqi App Store-da yükləmək və yeniləmək üçün mövcud deyildi (aviatravel.az). Həmçinin Qərb ölkələrinin sanksiyaları ilə əlaqədar olaraq SberBank Online tətbiqi App Store-dan silinib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026