• Bakı 24° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

Norveç millisinin sabiq futbolçusunun yeni klubu müəyyənləşib

İDMAN

16 Iyul 2025 | 17:45

Norveç millisinin sabiq futbolçusunun yeni klubu müəyyənləşib

Norveç millisinin sabiq futbolçusu Coşua Kinqin yeni klubu müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, 33 yaşlı vinger Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Xalic”lə anlaşıb.

Tərəflər 2 ilik müqaviləyə imza atıb.

Karyerası ərzində İngiltərənin “Mançester Yunayted”, “Blekbörn”, “Uotford”, “Everton”, Türkiyənin “Fənərbaxça” klublarında çıxış etmiş futbolçu ötən mövsümü Fransanın “Tuluza” komandasında keçirib.

Qeyd edək ki, C.Kinq Norveç millisinin heyətində 62 oyun keçirib, 20 qol vurub. “Transfermarkt” portalı futbolçunun dəyərini 1,8 milyon avro qiymətləndirir.


SON XƏBƏRLƏR

04 Sentyabr 2025