• Bakı 10° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.7815

    RUB - 1.6346

Norveç: "Rusiya gübrələrinə sanksiya tətbiq olunmalıdır"

İQTİSADİYYAT

26 Noyabr 2024 | 14:15

Norveç: Rusiya gübrələrinə sanksiya tətbiq olunmalıdır

"Avropa İttifaqının Rusiyaya qarşı sanksiya siyasətində boşluq var. Bu boşluqlardan biri də gübrələrə qarşı kifayət qədər məhdudiyyətin olmamasıdır".

Bakıvaxtı.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu Norveç parlamentinin üzvü Gyri Melbi deyib.

Onun sözlərinə görə, 2022-ci ilin əvvəlindən Aİ Rusiyadan azot gübrələrinin alışını 48% artırıb:

"Hazırda  bütün Avropa karbamid idxalının üçdə biri Rusiyanın payına düşür. Rusiyanın Avropaya kütləvi gübrə satışı sanksiya qaydalarında açıq-aşkar boşluq olduğunu və bizim Rusiya qazından asılılığımızın Rusiya gübrələrindən asılılıqla əvəz olunduğunu göstərir".

Gülşən Şərif


SON XƏBƏRLƏR