Azərbaycan Mərkəzi Bankı (AMB) 2 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib.
Bu barədə Bakıvaxtı.az-a tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, bu qərar dekabrın 24-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib.
Lisenziyalardan biri könüllü müraciət əsasında, digəri isə lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın 9 ay ərzində təkrar yarandığı nəzərə alınaraq ləğv olunub.