• Bakı 25° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Ödənişli xidmətlərə görə hər bir vətəndaşın ödədiyi məbləğ açıqlanıb

CƏMİYYƏT

14 Avqust 2024 | 17:41

Ödənişli xidmətlərə görə hər bir vətəndaşın ödədiyi məbləğ açıqlanıb

Yanvar-iyul aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,4 faiz artaraq 6882,7 milyon manat olub.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5165,7 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 75,1 faizini təşkil edib.

Cari ilin yanvar-iyul aylarında hər bir ölkə sakini orta hesabla 675,3 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 59,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025