• Bakı 16° C

    12.98 m/s

  • USD - 1.7

    EUR - 1.8004

    RUB - 0.0279

"Ölkələrimizə qarşı qarayaxma kampaniyaları davam edir" - Hikmət Hacıyev

SİYASƏT

14 May 2022 | 13:17

Ölkələrimizə qarşı qarayaxma kampaniyaları davam edir - Hikmət Hacıyev

"Təəssüflər olsun ki, ölkələrimizə qarşı qarayaxma, saxta xəbər kampaniyaları bu gün də davam etməkdədir".

Bakıvaxtı.azxəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin İstanbulda keçirilən 4-cü toplantısında deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqilliyinin ilk illərindən bu hücumlara məruz qalıb: "Xüsusilə 44 günlük İkinci Qarabağ müharibəsində psixoloji müharibənin bütün elementləri ilə üz-üzə gəldik. Diplomatlarımızın, siyasətçilərimizin bir cəbhədə çalışdığı kimi, Azərbaycan və Türkiyə mediasının da birgə çalışması nəticəsində haqq-ədaləti dünyaya çatdırmış olduq".

 


SON XƏBƏRLƏR

23 May 2022