• Bakı 17° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Onlar “dəyirman uzunqulağı” kimi öz çevrələrində dolana-dolana qalırlar… - Psixoloq

CƏMİYYƏT

16 Avqust 2022 | 10:34

Onlar “dəyirman uzunqulağı” kimi öz çevrələrində dolana-dolana qalırlar… - Psixoloq

Son illər, xüsusilə də sosial şəbəkələr aktiv istifadə edilməyə başlandıqdan sonra cəmiyyətdə hər şeyi lağa qoymaq, hər şeyə gülmək sanki vərdiş halını alıb. Əksəriyyət mövzunun nə olmasından asılı olmayaraq, hər şeyi lağlağı obyektinə çevirib.

Səbəb nədi? Niyə ciddi müzakirələrə yox, daha çox lağ etməyə həvəsliyik?

Psixoloq, psixoterapevt Elmir Əkbərin Bakıvaxtı.az-a dediyinə görə, çox təəssüf ki, bu hal bizim cəmiyyətdə geniş yayılıb: “Düzdür, bunu hamı eləmir, amma kifayət qədər edənlər də var. Bunun səbəbi həmin insanların daxilən boş, natamam olmalarıdır. Natamamlıq kompleksi ona gətirib çıxarır ki, insan öz qüsurları üzərində çalışıb onu düzəltmək əvəzinə başqalarında eyib, qüsur axtarır, sanki bir növ özünə təskinlik verməyə çalışır. İstəyir ki, başqalarına gülsün. Nəticə etibarilə elə insanlar heç vaxt şəxsən inkişaf etmirlər. Onlar “dəyirman uzunqulağı” kimi daim öz çevrələrində dolana-dolana qalır, ancaq ona-buna lağ eləməklə özlərində sadəcə təskinlik tapmış olurlar”.

Onun sözlərinə görə, gözəl bir fikirdir ki, bizim haqqımızda bəd danışıb ələ salıb gülənlər bizdən daha bərbad vəziyyətdə olanlardır: “Çünki bizdən daha xoşbəxt yaşayanların vecinə deyilik biz. Təbii ki, tənə edən insanlar, əslində, bir qadın, kişi kimi bədbəxt olan, həyatda özlərinə yer tapa bilməyəcək insanlardır. Ona görə də, sanki başqalarının üzərində dolayı yolla öz natamamlıq kompleksini doldurmağa çalışır. Çox vaxt da güldükləri adamın heç onların varlığından xəbəri olmur”.

Aytac Aslan


SON XƏBƏRLƏR

18 Aprel 2024