• Bakı 18° C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

Orban: Azərbaycan Macarıstanı əmin edib ki, bu il də qaz təminatını davam etdirəcək

SİYASƏT

20 May 2025 | 15:13

Orban: Azərbaycan Macarıstanı əmin edib ki, bu il də qaz təminatını davam etdirəcək

Azərbaycan Macarıstanı əmin edib ki, bu il də qaz təminatını davam etdirəcək.

Baakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Macarıstan türkdilli tərəfdaş dövlətlərlə əməkdaşlıq hesabına iqtisadiyyatının təhlükəsizliyini təmin edə bilir:

“Bizim Azərbaycanla əməkdaşlığımız təkcə iqtisadi yox, mənəvi baxımdan da önəmlidir. Biz özümüzü daha rahat hiss edirik”.

V.Orban bildirib ki, müharibələrin döyüş meydanında həlli çətindir, masa ətrafında danışıqlar şərtdir.

“Azərbaycanın isə Ermənistanla sülh sazişinin mətnini razılaşdırmasından çox məmnun olduq. İnanırıq ki, tezliklə sülh sazişi imzalanacaq”.


SON XƏBƏRLƏR