• Bakı 17° C

    9.57 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Orban Azərbaycan və Türkiyə liderlərinə təşəkkür etdi

SİYASƏT

21 May 2025 | 12:40

Orban Azərbaycan və Türkiyə liderlərinə təşəkkür etdi

Macarıstan Baş naziri Viktor Orban Azərbaycan və Türkiyə prezidentlərinə xüsusi təşəkkür edib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında Macarıstan Baş naziri Viktor Orban bildirib.

    Viktor Orban deyib ki, Qərb Rusiya qazını ixrac edən “Türk axını”nın çəkilməsinin qarşısını almaq üçün hər şeyi etdi: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu kəmərin çəkilməsi üçün iradə ortaya qoyub. Bu kəmərlə Macarıstana qaz ötürülür. Mən Azərbaycan Prezidenti İlham Əliyevə də təşəkkür edirəm, keçən il Macarıstana Azərbaycan qazı tədarük olunmağa başlayıb. Eyni zamanda, macar şirkətləri Azərbaycan neft-qaz sektorunda çalışır. Macarıstanla Azərbaycanın münasibətləri strateji xarakter daşıyır”.


    SON XƏBƏRLƏR