• Bakı 17° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Orta aylıq gəlirlərin hesablanması qaydası dəyişir

CƏMİYYƏT

07 Iyun 2023 | 16:02

Orta aylıq gəlirlərin hesablanması qaydası dəyişir

Azərbaycanda ailənin orta aylıq gəlirinin hesablanması qaydası dəyişir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı Nazirlər Kabinetinin qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün veriləcək müavinət ailənin orta aylıq gəliri hesablanarkən ailənin gəlirindən çıxılacaq.

Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-dək qüvvədədir.


SON XƏBƏRLƏR

18 Aprel 2024