2024-cü il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 788 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bakıvaxtı.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verib.
Məlumata görə, bunun nəticəsində 8878 pm əyrixətli tirlər, 52 ədəd beton bordür, 387 pm mühafizə çəpəri, 40 ədəd işıq dirəyi, 56 ədəd yol nişanı, 12 m2 istinad divarı, 416,5 m2 asfalt-beton örtük, 3 ədəd məlumat lövhəsi, 200 m2 fibrobeton,10 m2 travertin, 2 ədəd teksalit və 20 m körpü məhəccəri, 27,2 m2 mərmər, 36,56 m2 alkapon yararsız hala düşüb.
Ümumilikdə yol təsərrüfatına 890 711,44 manat məbləğində maddi ziyan dəyib, bundan 457 371,23 manatı (51,34 %) ödənilib.
Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə 700 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunub, 9 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 79 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığından onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.