• Bakı 22° C

    15.63 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Pakistanda bomba partlayışı: 2 təhlükəsizlik əməkdaşı ölüb

DÜNYA

21 Iyun 2025 | 22:55

Pakistanda bomba partlayışı: 2 təhlükəsizlik əməkdaşı ölüb

Pakistanın cənub-qərbində Bəlucistan əyalətinin Kəlat rayonunda bomba partlayışı nəticəsində iki təhlükəsizlik əməkdaşı ölüb, dörd nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Xinhua” təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, partlayış rayonun Manqoçar bölgəsinin Coban kənd ərazisində patrul xidməti aparan təhlükəsizlik əməkdaşlarını daşıyan avtomobilin yanında baş verib.

Təhlükəsizlik qüvvələri və xilasetmə komandaları hadisə yerinə gəlib, ölənlərin cəsədlərini və yaralıları yaxınlıqdakı xəstəxanaya çatdırıblar.

Mənbə bildirib ki, hücum naməlum şəxslər tərəfindən məsafədən idarə olunan özəl hazırlanmış partlayıcı qurğudan istifadə edilərək həyata keçirilib.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.


SON XƏBƏRLƏR

21 Iyun 2025