• Bakı 19° C

    6.29 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Pakistanda minik avtomobillərinə hücum: 38 nəfər öldü

DÜNYA

21 Noyabr 2024 | 21:13 | Müəllif: Subhan Mahmudov

Pakistanda minik avtomobillərinə hücum: 38 nəfər öldü

Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətinin Kurram rayonunda naməlum silahlı şəxslərin minik avtomobillərinə atəş açması nəticəsində 38 nəfər ölüb, ondan çox insan yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, əyalət rəhbərinin mətbuat xidməti silahlı şəxslərin əvvəlcə polisi hədəf aldığını bildirib.

Məlumata görə, ölənlər arasında bir qadın və bir uşaq var. Yaralılar xəstəxanaya yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026