• Bakı 19° C

    2.99 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

Pakistanda terakt: 11 nəfər öldü

DÜNYA

13 Aprel 2024 | 14:26

Pakistanda terakt: 11 nəfər öldü

Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların avtomobillərə hücumu nəticəsində 11 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Nyus" portalı məlumat yayıb.

Məlumata əsasən, 10-dan çox yaraqlı Nuşka şəhərindən 1 km aralıda milli avtomobil yolunu bağlayıb.

Silahlı qüvvələr maşınları yoxlamağa başlayıb, dayanmayanlara atəş açıb. Atılan mərmilər nəticəsində avtomobillərdən biri aşıb, iki nəfər ölüb.

Yaraqlılar işçiləri daşıyan sərnişin avtobusunu da saxlayıb, 9 nəfəri qaçırıblar. Daha sonra səlahiyyətlilər onların hamısının cəsədinin yaxınlıqdakı körpünün altından tapıldığını bildiriblər.


SON XƏBƏRLƏR

19 May 2025