• Bakı 21° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Delimitasiya ilə bağlı irəliləyiş təqdir olunası bir addımdır" - Yan Borq

DÜNYA

13 May 2024 | 12:02

"Delimitasiya ilə bağlı irəliləyiş təqdir olunası bir addımdır" - Yan Borq

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İrəvanda səfərdə olan ATƏT sədri Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, tərəflər "Azərbaycan və Ermənsitan arasında davam edən siyasi prosesi, sülh prespektivlərini, əsas siyasi və humanitar narahatlıqları" müzakirə ediblər.

    "Azərbaycan və Ermənistan arasında dayanqılı və hərtərəfli sülhə nail olmaq ATƏT üçün əsas prioritet olaraq qalır. İrəliləmək üçün dialoq və diplomatiya əsas və yeganə vasitələrdir".

    ATƏT sədri Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasıan da toxunub: "Delimitasiya ilə bağlı irəliləyiş tamamilə dəyərli və təqdir olunası bir addımdır".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    12 Sentyabr 2026