• Bakı 10° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Xanım kinorejissor həbsxanada öldü

DÜNYA

12 Iyun 2024 | 11:37

Xanım kinorejissor həbsxanada öldü

İranda ötən il keçirilən etiraz aksiyalarında iştirak etdiyi üçün həbs olunmuş kinorejissor Bahar Lelehi Hacı Delay saxlanıldığı zindanda müəmmalı şəkildə ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İraninternational” məlumat yayıb.

Bildirilib ki, Bahar xanımı ailə üzvləri dar çevrədə Tehran yaxınlığındakı Kərəc şəhərində, Beheşte-Səkinə qəbiristanlığında dəfn ediblər.

Qeyd olunub ki, 40 yaşlı Bahar Lelehi Sur Universitetində kino rejissorluğu üzrə bakalavr dərəcəsi və Tarbiət Madras Universitetində ədəbiyyat üzrə magistr dərəcəsi alıb. O, karyerası dövründə qısametrajlı film festivalı və gənclərin bu istiqamətdə tədbirlərinə münsiflik edib. Son illərdə İran Gənclər Filmləri Assosiasiyasında müəllim və eyni zamanda Sur Film Akademiyasında müəllim olub.

B.Lalehi 2022-ci il sentyabrın 27-də İranda başlamış “Qadın, həyat, azadlıq” hərəkatında fəal iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026