• Bakı 18° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

"CNN"dən iddia: Rusiyanın sui-qəsd planı iflasa uğradı

DÜNYA

12 Iyul 2024 | 11:19 | Müəllif: Gülşən Şərif

"CNN"dən iddia: Rusiyanın sui-qəsd planı iflasa uğradı

ABŞ kəşfiyyatı Rusiyanın Almaniyanın "Rheinmetall" silah şirkətinin baş icraçı direktoruna sui-qəsd planlaşdırdığı üzə çıxıb. 

Bakıvaxtı.az bu barədə "CNN"in Amerika və Qərb mənbələrinə istinadən xəbər verir. 

İddia olunur ki, ABŞ kəşfiyyatı 2024-cü ilin əvvəlində Rusiyanın alman silah istehsalçısı "Rheinmetall" şirkətinin baş icraçı direktoru (CEO) Armin Pappergeri hədəf alan sui-qəsdi öyrənib və bununla bağlı alman səlahiyyətlilərinə xəbərdarlıq edib.

Almaniya hökumətinin adı açıqlanmayan yüksək rütbəli rəsmisi ABŞ-ın Rusiyanın planı ilə bağlı onlara xəbərdarlıq etdiyini təsdiqləyib və xəbərdarlıqdan sonra təhlükəsizlik bölmələrinin Pappergerini qorumaq üçün hərəkətə keçdiyini bildirib.

Qeyd edək ki, Almaniyanın ən böyük silah şirkətlərindən biri olan Rheinmetall, Ukrayna üçün mühüm silaha çevrilmiş 155 millimetrlik top mərmilərinin ən böyük istehsalçılarından biridir.

Gülşən Şərif
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026