Türkiyəli müğənni İbrahim Tatlısəs xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Məlumata görə, Harbiyedə verdiyi konsertdə əməliyyat olunacağını deyən İbrahim Tatlısəs tamaşaçılardan hallalıq istəyib.
Belə ki, 2011-ci ildə silahlı hücumda başından vurularaq bir çox əməliyyat keçirən İbrahim Tatlısəsin bu gün yenidən əməliyyat olunacağı bildirilib.
"Ürəyimin qapağı dəyişəcək, haqqınızı halal edin, dualarınızı unutmayın. Ayılmasam, mahnılarımı dinləyin" deyən İbrahim Tatlısəs göz yaşlarına boğulub.
Mina Mikayılova
















