• Bakı 28° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

BMT İsraili“qara siyahı”ya saldı

DÜNYA

12 Iyun 2024 | 11:58

BMT İsraili “qara siyahı”ya saldı

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrail ordusu və təhlükəsizlik qüvvələrini münaqişə zonalarında uşaqlara zərər verənlər kimi qara siyahıya salıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, BMT-nin Baş katibi Antonio Quterreşin “Uşaqlar və Silahlı Münaqişə Hesabatı”na daxil olub.

Hesabatda bildirilir ki, münaqişələrdə uşaqlara qarşı zorakılıq 2023-cü ildə dəhşətli həddə çataraq 21 faiz artıb.

Bəyanatda uşaqların ölümünə və yaralanmasına səbəb olan hadisələrin əvvəlki ilə nisbətən 35 faiz artdığı vurğulanıb. Qeyd olunub ki, 2023-cü ildə uşaqlara qarşı 32 min 990 ciddi pozuntu qeydə alınıb.

Sənəddə qeyd olunur ki, 2023-cü ildə 5 min 301 uşaq öldürülüb, 6 min 348 uşaq yaralanıb, 8 min 655 uşaq silahlı birləşmələr sıralarına cəlb edilib, 5 min 205 uşağa humanitar yardım çatmasının qarşısı alınıb.

Habelə 2 min 491 uşağın silahlı qruplarla əlaqəsi səbəbiylə həbs olunduğu, 4 min 356 uşağın isə qaçırıldığı bildirilib.

Günel Abbas


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026