• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Pakistandan İrana kəskin etiraz: Diplomat XİN-ə çağrıldı

DÜNYA

17 Yanvar 2024 | 01:10 | Müəllif: Subhan Mahmudov

Pakistandan İrana kəskin etiraz: Diplomat XİN-ə çağrıldı

Pakistanın Xarici İşlər Nazirliyi sərhəddəki insidentlə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistanın XİN-in bəyanatında bildirilib.

“Pakistanın qətiyyətli etirazı artıq Tehranda İranın Xarici İşlər Nazirliyinin müvafiq yüksəkvəzifəli rəsmisinin diqqətinə çatdırılıb. Bundan əlavə, İranın müvəqqəti işlər vəkili Pakistanın suverenliyinin açıq-aşkar pozulmasını qəti şəkildə pislədiyimizi və bunun nəticələrinə görə məsuliyyətin tamamilə İranın üzərinə düşəcəyini bildirmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb”, – bəyanatda bildirilib.

Qeyd edək ki, SEPAH Pakistan ərazisindəki “Ceyş ül-Ədl” qruplaşmasının iki qərargahına raket və PUA-larla zərbələr endirdiyini açıqlayıb.

Hücum nəticəsində iki azyaşlı həlak olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026