• Bakı 27° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Panamada miqrantları daşıyan gəmi batıb - ölənlər var

DÜNYA

15 Fevral 2024 | 23:41 | Müəllif: Subhan Mahmudov

Panamada miqrantları daşıyan gəmi batıb - ölənlər var

Panama-Kolumbiya sərhədi yaxınlığında qayığın batması nəticəsində azı dörd nəfər ölüb, səkkiz nəfər itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Estrella de Panama" qəzeti məlumat yayıb.

Belə ki, bir qrup miqrant Karib dənizində batmış qayıqla Kolumbiyadan Panamaya keçməyə cəhd edib. Milli Sərhəd Mühafizəsi 14 nəfəri xilas edə bilib. Sağ qalanların sözlərinə görə, gəmi əlverişsiz hava şəraiti səbəbindən batıb. Axtarış-xilasetmə işləri davam edir.

Sərhəd Xidməti bildirib ki, akvatoriya cinayət təşkilatları tərəfindən qaçaqmalçılıq üçün istifadə olunur. Cərəyanlar və küləklərin yaratdığı güclü dalğalar səbəbindən bu marşrutda hərəkət etmək çətindir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026