• Bakı 18° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Polşada rus casusu həbs edildi

DÜNYA

16 Fevral 2024 | 01:00 | Müəllif: Subhan Mahmudov

Polşada rus casusu həbs edildi

Polşada Rusiyanın adından casusluq etdiyi və təxribat törətməyi planlaşdıran şəxs həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, Polşada Rusiyaya casusluq etməkdə şübhəli bilinən Ukrayna vətəndaşı saxlanılıb . Polşa Daxili Təhlükəsizlik Agentliyindən verilən açıqlamada deyilir: “Daxili Təhlükəsizlik Agentliyinə Rusiya xüsusi xidmət orqanları adından çıxış edən Ukrayna vətəndaşının Vroslavda strateji əhəmiyyətli infrastruktur elementlərinin yaxınlığında yerləşən obyektləri yandırmağı planlaşdırdığı barədə məlumat daxil olub"

Şübhəli şəxsin üzərində və çamadanında təxribat planlarına dair sübutların olduğu açıqlanıb. Yanvarın 31-də saxlanılan şübhəlinin barəsində məhkəmənin hökmü ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, təqsiri sübut olunarsa, 12 ilədək həbs cəzası ala bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026