• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

ABŞ Ukraynanı çətin vəziyyətdə tərk edərsə... - Makron

DÜNYA

17 Mart 2024 | 00:39 | Müəllif: Subhan Mahmudov

ABŞ Ukraynanı çətin vəziyyətdə tərk edərsə... - Makron

ABŞ Ukraynanı çətin vəziyyətdə tərk edərsə, dünyanın inamını, təsirini, eləcə də beynəlxalq nüfuzunu itirəcək.

Bakıvaxtı.az bildirir ki, bunu Fransa Prezidenti Emanuel Makron deyib.

"Xatırladaq ki, Amerika administrasiyası bizimlə çox sıx işləyir, avropalılar bu əməkdaşlıq sayəsində çox şeyə nail olublar. Onlar hər zaman bizimlə olublar. Uzunmüddətli perspektivdə qalmaq Amerikanın maraqlarına uyğundur. Çünki Ukraynada beynəlxalq hüququn taleyi həll olunur, liberal demokratiyanın taleyi həll olunur, ona görə də mən əminəm ki, Amerikanın strateji marağı Ukraynanı dəstəkləməkdə davam etməkdir", - Makron bildirib.

O vurğulayıb ki, Amerika xalqına artıq etdiklərinə görə təşəkkür etmək lazımdır:

"Avropanın istənilən halda ehtiyat planı olmalıdır, çünki Ukrayna bizim üçün ekzistensial məsələdir"./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR