• Bakı 21° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

İsrail İrana cavaba hazırlaşır: Netanyahu tapşırıq verdi

DÜNYA

15 Aprel 2024 | 22:31

İsrail İrana cavaba hazırlaşır: Netanyahu tapşırıq verdi

İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrindən ona İrana qarşı itki vermədən siqnal göndərəcək cavab zərbəsi üçün hədəf variantları barədə məlumat verməsini istəyib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” (VP) öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələr bildiriblər ki, İsrail hərbi kabinetinin iclasında İranın hücumuna cavab vermək üçün bir neçə variant müzakirə olunub. 

“Baş nazir İsrailin reaksiyasının beynəlxalq müttəfiqlərini narazı salmamasına çalışır. Eyni zamanda, Tehrana qarşı strateji beynəlxalq alyans yaratmaq imkanlarının əldən verilməsini istəmir. Bu variantlar arasında İran paytaxtında obyektə potensial zərbə və ya kiberməkanda mümkün hücum daxildir. İsrail hərbi kabinetində hamı razıdır ki, İsrail buna cavab verməlidir”, - deyə mənbə vurğulayıb.

Qeyd edilir ki, ABŞ da daxil olmaqla, İsrailin Avropa və regional müttəfiqləri İranın hücumundan sonra Təl-Əvivi təmkinli olmağa çağırıb. Bundan əlavə, Amerika rəsmiləri İsrail hakimiyyətinə Vaşinqtonun İsrailin cavab tədbirlərində iştirak etməyəcəyini, bunun genişmiqyaslı regional müharibəyə səbəb ola biləcəyindən ehtiyatlandıqlarını bildiriblər. 

“Müttəfiqlərimiz reaksiyanın həddindən artıq olmasını istəmir və biz müttəfiqlərimizlə, xüsusən də onlarla əldə etdiyimiz uğurdan sonra işləmək niyyətindəyik. Amma reaksiya verməyimiz vacibdir, çünki bu, bizə zərər vermək istəyənlərin hamısına mesaj olmalıdır”, - deyə İsrail hökumətindəki bir mənbə vurğulayıb.


SON XƏBƏRLƏR

29 Aprel 2024