• Bakı 17° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

İranın 9 raketi HHM sistemini keçib, iki bazanı vurub - ABŞ

DÜNYA

15 Aprel 2024 | 20:44

İranın 9 raketi HHM sistemini keçib, iki bazanı vurub - ABŞ

İranın hücumu zamanı ən azı doqquz İran raketi İsrailin hava hücumundan müdafiə sistemlərindən yan keçib və iki İsrail hava bazasını vurub, lakin heç bir ciddi ziyan qeydə alınmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın yüksək rütbəi rəsmisi “ABC Nyus”a bildirib.

Onun sözlərinə görə, beş ballistik raket Nevatim hava bazasında C-130 nəqliyyat təyyarəsinə, istifadə olunmayan uçuş-enmə zolağına və boş anbarlara ziyan vurub. Daha dörd ballistik raket Negev aviabazasına düşüb, lakin ciddi dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, İran 13 aprel gecəsi ballistik, hipersəs raketlər və PUA-larla İsrailə hücum edib.


SON XƏBƏRLƏR

29 Aprel 2024