• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Paris Olimpiya kəndində qida çatışmazlığı yarandı

İDMAN

26 Iyul 2024 | 01:07

Paris Olimpiya kəndində qida çatışmazlığı yarandı

Böyük Britaniyadan olan idmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından və keyfiyyətsiz yeməklərdən şikayətləniblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Endi Enson “Deyli Meyl” nəşrinə bildirib.

Vurğulanıb ki, idmançılar Olimpiya kəndindəki əsas restorandan narazıdırlar.

“İaşə şirkəti yeməklərin çatdırılmasını sürətləndirmək üçün çalışır. Müəyyən qidalar kifayət deyil: yumurta, toyuq, müəyyən karbohidratlar. Bundan əlavə, idmançılara çiy ət verilir. Halbuki, yeməyin keyfiyyəti vacibdir. İdmançılarımız Klişidəki restoranımızda yemək yeməyə üstünlük verdilər”, - Enson deyib.

Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək./report


SON XƏBƏRLƏR

07 Sentyabr 2024