• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Paris prokuroru: Olimpiya Oyunları zamanı cinayətlərin artacağı gözlənilir

DÜNYA

28 May 2024 | 16:28

Paris prokuroru: Olimpiya Oyunları zamanı cinayətlərin artacağı gözlənilir

Yay Olimpiya Oyunları zamanı Fransa paytaxtında cinayətlərin artması gözlənilir.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Paris prokuroru Laure Bekko “Franceinfo” radiostansiyasının efirində məlumat verib.

“Cinayətlərin sayının artacağını gözləyirik. Turistlər daha çox olacaq, ona görə də gözləntilərimiz belədir. Söhbət cibgirlikdən, sərxoş halda törədilən cinayətlərdən, zorakılıq aktlarından və s. gedir”, - o bildirib.

L.Bekko Olimpiada zamanı məlumat hücumlarının sayının çoxalmasına işarə edib.

Prokurorun sözlərinə görə, bu müddət ərzində proseslərin dərhal aparılması üçün Paris Apellyasiya Məhkəməsi də daxil olmaqla daha çox məhkəmə-tibb müstəntiqləri gətiriləcək.

Qeyd edək ki, Parisdə Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək, Paralimpiya oyunları isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

Paris meriyası şəhərə 15 milyona yaxın turistin gələcəyini bildirib.


SON XƏBƏRLƏR

26 Iyul 2024