• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Lukaşenko hökumətdə ciddi kadr dəyişiklikləri edib

DÜNYA

27 Iyun 2024 | 16:13

Lukaşenko hökumətdə ciddi kadr dəyişiklikləri edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Yuri Şuleykonu baş nazirin aqrosənaye kompleksi məsələləri üzrə müavini təyin edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belarus KİV-i BELTA-ya istinadən məlumat yayıb.

Y.Şuleyko indiyədək 2021-ci ildə təyin olunduğu Brest vilayəti İcraiyyə Komitəsinin sədri vəzifəsini tutub.

Bundan əlavə, A.Lukaşenko Dmitri Krutoyu Prezident Administrasiyasının rəhbəri, Natalya Petkeviçi isə rəhbərin birinci müavini təyin edib.

Belarus Prezidenti, həmçinin Aleksandr Efimovu sənaye naziri, Maksim Rıjenkovu isə xarici işlər naziri təyin edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026