• Bakı C

    5.34 m/s

  • USD - 1.7

    EUR - 1.77

    RUB - 1.7128

Parlamentdə Elm və Təhsil Nazirliyi ilə birgə dinləmənin keçirilməsi təklif olunub

SİYASƏT

23 Yanvar 2025 | 14:28

Parlamentdə Elm və Təhsil Nazirliyi ilə birgə dinləmənin keçirilməsi təklif olunub

Milli Məclisdə Elm və Təhsil Nazirliyi ilə birgə dinləmənin keçirilməsi təklif olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin bu gün keçirilən iclasında çıxış edib.

Onun sözlərinə görə, yaz sessiyasında önəmli məsələlərdən bir də "Ali təhsil haqqında" qanunun qəbuludur:

"Təhsil ictimaiyyəti qanunun qəbulunu səbirsizliklə gözləyir. Qanunda bir çox mühüm məsələlər var. Onlardan biri də doktorantura səviyyəsinin bir ilə endirilməsidir. İnanıram ki, tezliklə qanun qəbul ediləcək və bu da təhsilimizin inkişafına öz töhfəsini verəcək".

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Əziz Ələkbərli isə "Ali təhsil haqqında" qanunun parlamentin yaz sessiyasının gündəliyinə salınmasını təklif edib.


SON XƏBƏRLƏR