• Bakı 26° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Paşinyan: Ermənistan eyni vaxtda Aİİ və Aİ üzvü ola bilməz

DÜNYA

13 Iyun 2025 | 17:12

Paşinyan: Ermənistan eyni vaxtda Aİİ və Aİ üzvü ola bilməz

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, respublika eyni zamanda Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqının (Aİ) üzvü ola bilməz və hansısa məqamda seçim etməlidir.

Bakıvaxtı.az Rusiya KİV-inə istinadən xəbər verir ki, o, bu barədə Praqada keçirilən “GLOBSEC 2025” forumunda bildirib.

"Əlbəttə, biz başa düşürük ki, eyni vaxtda həm Aİİ, həm də Aİ üzvü ola bilmərik. Aydındır ki, gələcəkdə hansısa məqamda qərar qəbul etməli olacağıq", - N.Paşinyan qeyd edib.

O əlavə edib ki, qərar qəbul etmək vaxtı gələndə hökumət bu məsələni Ermənistanın siyasi gündəliyinə daxil edəcək: "O zaman biz vətəndaşlarımızla birlikdə qərar qəbul edəcəyik".


SON XƏBƏRLƏR

13 Iyun 2025