• Bakı 28° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Mask "Epşteyn işi" ilə bağlı materialların dərc olunmasını istəyir

DÜNYA

13 Iyul 2025 | 15:42

Mask Epşteyn işi ilə bağlı materialların dərc olunmasını istəyir

Milyarder İlon Mask ABŞ prezidenti Donald Trampı maliyyəçi Cefri "Epşteyn işi" ilə bağlı materialları dərc etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

"Tramp çıxışı zamanı bir neçə dəfə "Epşteyn" dedi, hamı Epşteyn haqqında danışmağı dayandırsın. Sadəcə olaraq, materialları söz verdiyi kimi dərc et", - deyə Mask bildirib. Milyarder ilk dəfə deyil ki, bu işlə bağlı məlumatın dərc olunmasını tələb edir. O, Ağ Ev Epşteyn işi ilə bağlı materialları dərc etməsə, ABŞ prezidentinə etimad edilə biləcəyinə şübhə ilə yanaşıb.

Qeyd edək ki, Cefri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar onun Manhettendəki evinə 2002-2005-ci illərdə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qız üçün məşhurların və zənginlərin səfərlər təşkil etdiyinə dair sübutların olduğunu bildiriblər. Epşteynin qonaqları arasında təkcə ABŞ-də deyil, həm də bir çox başqa ölkələrdə çoxlu sayda hazırkı və təqaüddə olan məmurlar, o cümlədən keçmiş dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları olub. Epşteynin cinayət təqibi 2019-cu il avqustun 10-da həbsxana kamerasında intihar etdikdən sonra dayandırılıb.


SON XƏBƏRLƏR

12 Iyul 2025