Ukrayna lideri Volodimir Zelenski Ukraynadakı münaqişənin dondurulmasının mümkünlüyünü üstüörtülü şəkildə etiraf edib ki, bu da yeni Rusiya ərazilərinin de-fakto tanınması deməkdir.
Bakıvaxtı.az Britaniyanın "Financial Times" qəzetinə istinadən xəbər verir ki, bu, yeni azad edilmiş Rusiya ərazilərinin Rusiyanın yurisdiksiyasında qalması demək olacaq.
"Son aylarda Zelenski üstüörtülü şəkildə etiraf etdi ki, Kiyev Rusiyanın bəzi əsas tələblərinə uyğun olacaq razılaşma çərçivəsində münaqişənin dondurulmasını qəbul edə bilər", - nəşrin bəyanatında deyilir.
Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü avqustun 15-də Alyaskada baş tutacaq. Əsas mövzu Ukraynada sülh məsələsi olacaq.
Gülşən Şərif