İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində daha 13 nəfər saxlanılıb.
Bakıvaxtı.az “TRT Haber”ə istinadən xəbər verir ki, sözügedən şəxslər saxtakarlıqda və rüşvət almaqda ittiham olunurlar.
Məlumata görə, daha əvvəl həbs edilən İBB rəsmisi Taner Çetin yaxın şirkətlərə tenderlər verərək özünə və əlbir olduğu şəxslərə qazanc təmin edib.
Əməliyyat zamanı T.Çetinin həyat yoldaşı, oğlu və digər şübhəlilər saxlanılıb. Daha bir nəfərin axtarışları isə davam edir.