• Bakı 27° C

    9.31 m/s

  • USD - 1.7

    EUR - 1.9768

    RUB - 2.1378

 La-Manşı keçən qanunsuz miqrant axını nəzarət altına alına bilmir

DÜNYA

12 Avqust 2025 | 14:40

 La-Manşı keçən qanunsuz miqrant axını nəzarət altına alına bilmir

Böyük Britaniyada kiçik qayıqlarla La-Manş boğazını keçərək ölkəyə gələn qanunsuz miqrantların sayı 50 minə yaxınlaşır.

Bakıvaxtı.az  “Independent”ə istinadla xəbər verir ki, təhsil naziri Baronessa Cekki Smit hökumətin bu problemin qarşısını indiyədək ala bilmədiyini etiraf edib. Nazir bildirib ki, təhlükəli keçidi edənlərin sayının artması indiyə qədər həll edə bilmədikləri bir problemdir. Lakin, o, bunun məsuliyyətini əvvəlki hökumətin daşıdığını vurğulayıb. Onun sözlərinə görə, hazırda problemin həlli üçün çox vacib tədbirlər görülür.

Miqrasiya ilə bağlı ictimai narazılığın artdığı bir vaxtda hökumət miqrant axınının qarşısını almaq üçün tədbirlərini gücləndirib. Bundan başqa, Daxili İşlər Nazirliyi “əvvəl deportasiya, sonra apellyasiya” sxeminin tətbiqini genişləndirib. Bu sxem xarici cinayətkarların şikayətləri araşdırılmadan əvvəl ölkədən çıxarılmasını nəzərdə tutur.


SON XƏBƏRLƏR