Belarus və Rusiyanın "Zapad-2025" strateji təlimləri sentyabrın 12-dən 16-dək keçiriləcək.
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin müdiri, Belarus müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq məsələləri üzrə köməkçisi Valeri Revenko məlumat verib.
Onun sözlərinə görə, təlimlərin mövzusu İttifaq dövlətinin hərbi təhlükəsizliyinin təmin edilməsi maraqları naminə qoşun qruplarından istifadə edilməsi olacaq.
"Ümumi məqsəd Belarus Respublikası və Rusiya Federasiyasının İttifaq dövlətinin hərbi təhlükəsizliyini təmin etmək imkanlarını, mümkün təcavüzü dəf etməyə hazırlığını yoxlamaqdır".
O, Minskin sülhsevər siyasət yürütdüyünü və dövlətin hərbi təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlər həyata keçirdiyini vurğulayıb.
"Belə siyasətin həyata keçirilməsi formalarından biri Belarus Respublikası və Rusiya Federasiyasının 2000-ci ildə yaradılmış regional qoşunlar (qüvvələr) qrupunun fəaliyyət göstərməsidir. Onun fəaliyyəti çərçivəsində əsas tədbirlər dövlət başçılarının qərarı ilə iki ildə bir dəfə keçirilən birgə təlimlərə çevrilib. 2025-ci ildə belə bir təlim Belarus Respublikasının ərazisində keçiriləcək", - deyə Reko bildirib.
Gülşən Şərif