Türkiyə rəhbərliyi hotel və restoranlarda “açıq bufet” formatından imtina etməyi nəzərdən keçirir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Sabah” yayıb.
Bildirilib ki, sözügedən məsələ ilə bağlı müzakirələr ölkədə qida israfı ilə mübarizə fonunda aparılır.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasının Kənd Təsərrüfatı və Ərzaq Siyasəti Şurası sözügedən məsələ ilə bağlı hesabat hazırlayır. Bu hesabat isə daha sonradan dövlət başçısına təqdim ediləcək. Növbəti mərhələdə isə sənəd müvafiq müəssisələrə təqdim ediləcək.
Qeyd olunub ki, təşəbbüs parlamentə qədər gedib çıxarsa, ölkə rəhbərliyi bir neçə yeni dəyişiklik qəbul edə bilər. Məsələn, restoranlarda “all inclusive” (hər şey daxil) formatı “à la carte” ilə əvəzlənə bilər. Bu format isə müştərinin istehlak edə biləcəyi qədər qida sifariş etməsini nəzərdə tutur.
Ölkənin İsrafçılıqla mübarizə fondunun məlumatına görə, Türkiyədə hər il təqribən 23 milyon ton məhsul atılır.