• Bakı 27° C

    9.31 m/s

  • USD - 1.7

    EUR - 1.9768

    RUB - 2.1378

Fransa XİN: Alyaskadakı sammit atəşkəs və danışıqların başlanmasına gətirib çıxarmalıdır

DÜNYA

12 Avqust 2025 | 14:25

Fransa XİN: Alyaskadakı sammit atəşkəs və danışıqların başlanmasına gətirib çıxarmalıdır

Fransanın xarici işlər naziri Jan-Noel Barro Ukraynada sülhə nail olunması istiqamətində səyləri dəstəklədiyini bildirib və qarşıdan gələn Alyaska sammitinin atəşkəsə aparan yolda dönüş nöqtəsi olacağına ümidvar olduğunu deyib.

Bakıvaxtı.az xəbər verir ki, o, bunu “X” hesabında yazıb.

"Bu gün mən avropalı həmkarlarımla birlikdə Xarici İşlər Şurasının fövqəladə iclasında iştirak etdim. Biz Ukraynanı dəstəkləyir, ədalətli və davamlı sülhə can atırıq", - nazir vurğulayıb.

Barronun sözlərinə görə, avqustun 15-də Alyaskada ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüş atəşkəsə gətirib çıxarmalıdır.


SON XƏBƏRLƏR