• Bakı 22° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

Paşinyan: "Ermənistan-Rusiya siyasi dialoqu intensivləşib"

DÜNYA

08 Oktyabr 2024 | 17:40

Paşinyan: Ermənistan-Rusiya siyasi dialoqu intensivləşib

"Bugünkü görüş müzakirələri hansısa şəkildə yekunlaşdırmaq üçün çox yaxşı fürsətdir".

Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, çıxışı zamanı son aylar ərzində Rusiya və Ermənistan arasında kifayət qədər fəal siyasi dialoqunun baş tutmasından şad olduğunu bildirib.

"Rusiya Baş nazirinin müavini Aleksey Overçukla İrəvanda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası baş tutdu. İclasda gündəlikdə duran bütün məsələlər barədə kifayət qədər əsaslı danışdıq.Oktyabrın əvvəlində İrəvanda Aİİ hökumətlərarası şuranın iclası keçirilib. Bu iclasdan əlavə olaraq, biz Rusiya hökumətinin sədri Mixail Vladimiroviç Mişustin ilə əməkdaşlığımız, Ermənistan və Rusiyanın gündəliyindəki məsələləri kifayət qədər mənalı şəkildə müzakirə etdik". 

Gülşən Şərif


SON XƏBƏRLƏR