• Bakı 15° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Paşinyan məhkəmə sistemində və güc strukturlarında dəyişikliklər etmək niyyətindədir

DÜNYA

27 Fevral 2025 | 14:05

Paşinyan məhkəmə sistemində və güc strukturlarında dəyişikliklər etmək niyyətindədir

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın gələcəkdə respublikanın məhkəmə-hüquq sistemində və güc strukturlarında ciddi dəyişikliklər etmək niyyətindədir.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i hakim “Mülki müqavilə” partiyasına yaxın mənbələrə istinadən məlumat yayıb.

Paşinyanın dünən ədliyyə naziri Srbui Qalyan başda olmaqla hüquq sahəsinin bütün nümayəndələrinin iştirakı ilə 2022-2026-cı illər üçün məhkəmə-hüquq sistemində islahatlara həsr olunmuş müşavirə keçirməsinin səbəblərindən biri də budur.

“Paşinyanın əsas narazılığı məhkəmə işlərinin uzun sürən araşdırılması ilə bağlı olub. Onun fikrincə, bu, hakimiyyət orqanlarının nüfuzdan düşməsinə səbəb olur. Paşinyan yeni naziri bu məsələni tez bir zamanda həll etməyə çağırıb.”, - mənbə bildirib.


SON XƏBƏRLƏR

18 Aprel 2025