• Bakı 27° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Paşinyan: Sülh sazişi layihəsinin mətni üzrə danışıqlar başa çatıb

SİYASƏT

16 Iyul 2025 | 13:22

Paşinyan: Sülh sazişi layihəsinin mətni üzrə danışıqlar başa çatıb

"Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni razılaşdırılıb, mətn üzrə danışıqlar başa çatıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında deyib.

“İndi saziş layihəsinin mətninin bu və ya digər başlıq altında elan olunması, Azərbaycanla necə irəliləyəcəyimiz, yol xəritəsinin nədən ibarət ola biləcəyi ilə bağlı məsləhətləşmələrə başlamışıq”, - Paşinyan əlavə edib.

Onun sözlərinə görə, sazişin ilkin imzalanma ideyası da gündəmdədir və bu, menyuda nəzərdən keçirilən variantlardan biridir.

Baş nazir qeyd edib ki, Ermənistan sülh sazişinin imzalanmasına doğru irəliləmək üçün heç bir fürsəti əldən verməyəcək.


SON XƏBƏRLƏR