Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Alyaskada danışıqlardan sonra birgə mətbuat konfransı keçirəcəklər.
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, görüşdən əvvəl mətbuata açıq söhbət, daha sonra təkbətək danışıqlar, daha sonra nümayəndə heyətlərinin tərkibində olacaq.
"Gözlənilir ki, görüş Vladimir Vladimiroviç Putinlə Donald Trampın söhbəti ilə başlayacaq. Bu söhbət təkbətək formatda tərcüməçilərin iştirakı ilə baş tutacaq. Sonra nümayəndə heyətləri daxilində danışıqlar olacaq və bu danışıqlar səhər yeməyində davam etdiriləcək. Görüşün vaxtı müzakirənin necə getməsindən asılı olacaq".
Gülşən Şərif