"İstənilən pəhriz orqanizm üçün böyük riskdir".
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.
Onun sözlərinə görə, dünyada sadəcə iki pəhriz insan üçün zərərli olmayan pəhriz növü olaraq təsdiq edilib:
"Bunlar aralıq dəniz dietası, aralıqlı ac qalmaqdır".
E.Məmmədov qeyd edib ki, 24 saat, 72 saat ac qalmaq sağlamlıq üçün zərərlidir. Dediyinə görə, bu, qəbizlik, öd daşı xəstəlikləri, mədə-bağırsaq probləmləri kimi orqanizm üçün ciddi problemlərə yol açır.
Mina Mikayılova