• Bakı 21° C

    7.7 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Çinin İran-İsrail müharibəsinə müdaxiləsi ABŞ ilə münaqişəyə səbəb ola bilər

SİYASƏT

24 Iyun 2025 | 13:49

Çinin İran-İsrail müharibəsinə müdaxiləsi ABŞ ilə münaqişəyə səbəb ola bilər

Artıq bir neçə gündür ki, İran-İsrail qarşıdurması davam etməkdədir. Bəzi ölkələr bu münaqişədə tərəflərə açıq şəkildə dəstək nümayiş etdirsə də, böyük güclər səhnə arxasında qalmağa daha çox üstünlük veriblər.

Çin və Rusiya da belə ölkələrdəndir. Ekspertlərə görə, sözügedən ölkələrin İrana dəstəyi fonunda İsrail dağıdıcı zərbələrlə üz-üzə qalıb.

Maraqlıdır ki, Çin nə üçün İrana dəstəyini açıq şəkildə göstərməkdən çəkinir?

Mövzu ilə bağlı politoloq Natiq Miri Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Çinin İran-İsrail münaqişəsinə birbaşa müdaxiləsinə imkan yoxdur. Hətta Çin heç bir zaman müdaxilə etməyəcək:

"Çünki bu münaqişə məhz ABŞ prezidenti Donald Trampın razılığı ilə başlayıb. Yəni, səhnə arxasında ABŞ-nin dayanması başadüşüləndir. Bu baxımdan Çin ABŞ-nin qarşısını almaq istəmir. İstənilən halda bu müharibə Çinə aid deyil”.

Müsahibimiz qeyd edib ki, əgər Çinin birbaşa müdaxilə ilə bağlı qorxusu yoxdursa, bu halda öz ərazisi hesab etdiyi Tayvanı niyə hərbi müdaxilə ilə azad edə bilmir?! Çünki Pekin başa düşür ki, Tayvana hərbi müdaxilə edərsə, qarşısında ABŞ olacaq. Çin yalnız şifahi şəkildə beynəlxalq hüququn pozulması ilə bağlı müəyyən ittihamlar səsləndirə bilər. Lakin bu məsələnin sözdən o tərəf keçəcəyi gözlənilən deyil".

Natiq Miri: Çin yalnız beynəlxalq hüququn pozulması ilə bağlı müəyyən ittihamlar səsləndirə bilər

Politoloqun fikrincə, bu gün İranın İsrailə atdığı dağıdıcı ballistik raketlər Çin və Rusiyanın Tehrana bilavasitə yardımı ilə həyata keçirilir.

"Məhz Çin və Rusiyada istehsal olunan raketlərin xüsusiyyəti bu cür dağıdıcı olur. Bir sözlə, Çinin İran-İsrail müharibəsinə açıq şəkildə müdaxiləsi Çin-ABŞ münaqişəsinə səbəb ola bilər" – Natiq Miri qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR